background
Xidmətlər

Geniş xidmət şəbəkəsi

Techtonas olaraq müştərilərimizin İT problemlərinin həll edilməsi və bizneslərinin uğurlu inkişafı üçün geniş xidmət şəbəkəsinə mənsubuq. A-dan Z-yə xidmətlər təklif edirik.

Xidmətlər Həllər

İT xidmətlərinin İdarə olunması

İT infrastrukturunun effektiv idarə edilməsində müəssisələrə dəstək göstəririk. Xidmətlərimizə server və şəbəkə idarəçiliyi, təhlükəsizlik sistemlərinin monitorinqi, proqram yeniləmələri və texniki dəstək daxildir. Şirkətlərin texnologiyaya daha az vaxt sərf edib əsas fəaliyyətlərinə fokuslanmasını təmin edirik.

Təhlükəsizlik Həlləri

Müştərilərimizə yüksək səviyyəli təhlükəsizlik həlləri təqdim edərək sənaye və qeyri-sənaye obyektlərinin təhlükəsizliyini təmin edirik. Təklif edə bildiyimiz xidmətlərə şəbəkə təhlükəsizliyi, fiziki təhlükəsizlik sistemləri, təhlükəsiz proqram təminatının yazılması və inteqrasiyası daxildir. Sənaye mühitlərində kritik infrastruktur və məlumatların qorunması üçün xüsusi həllər təqdim edirik.

Şəbəkənin təhlükəsizliyi

Techtonas, şəbəkə təhlükəsizliyini təmin etmək üçün etibarlı və effektiv həllər təklif edir.Təklif etdiyimiz xidmətlər siyahısına müdaxilənin qarşısının alınması sistemləri (IPS), Firewall/vahid təhlükə idarəetmə sistemləri (UTM), Şəbəkəyə girişə nəzarət (NAC), Qabaqcıl zərərli proqram təminatı (AMP), E-poçt, veb və domen adı təhlükəsizliyi daxildir.

İT konsaltinq

Şirkətlərin İT strategiyalarını optimallaşdırmaq və əməliyyatlarını gücləndirmək üçün peşəkar İT konsaltinq xidmətləri təqdim edirik. Xidmətlərimizə şəbəkə infrastrukturunun dizaynı, təhlükəsizlik tədbirləri, proqram təminatının seçimi və sistemlərin inteqrasiyası daxildir. Müştərilərimizin ehtiyaclarına uyğun həllər təklif edərək, onların İT əməliyyatlarını daha səmərəli və təhlükəsiz etmələrinə imkan yaradırıq.

İT İnfrastruktur

Effektiv və etibarlı İT infrastrukturlarının qurulmasında və idarə edilməsində müəssisələrə dəstək veririk. Xidmətlərimizə şəbəkə qurulumu, serverlərin və məlumat mərkəzlərinin idarə edilməsi, bulud həlləri və sistem inteqrasiyası daxildir. Bu proseslərdə distrübutoru və partnyoru olduğumuz Navijin Technology və Ruijie kimi brendlərinin yüksək keyfiyyətli məhsulları mühüm rol oynayır.

Server otaqlarının qurulması

Techtonas, müştərilərinə etibarlı və səmərəli server otaqları qurulmasında peşəkar dəstək təklif edir. Xidmətlərimizə fiziki server otaqlarının dizaynı, yerləşdirilməsi, soyutma və enerji təminatı(HVAC), təhlükəsizlik tədbirləri və sistemlərin optimallaşdırılması daxildir.